Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yanvarın 23-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.
RETSİ-dən "Unikal"a bildirilib ki, “Düylün” 35/10 kV-luq yarımstansiyadan çıxan “Aza” 10 kV-luq elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. İşlərlə əlaqədar Aza, Azad və Dar kəndlərində saat 12-dən 15-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.