Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ordubadın Dırnıs kəndindən sel keçib.
Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndinə yağan yağışdan sonra daşqın olub.
Hadisənin baş verdiyi ərazidə vəziyyət, selin fəsadları, eləcə də yaşayış evlərinə və təsərrüfat sahələrinə hər hansı ziyanın dəyib-dəymədiyi barədə hələlik ətraflı məlumat yoxdur.
Qeyd edək ki, subasma ilə üzləşən kənd Vənənd çayının sahilində yerləşir.