“Ordu”da yeni legioner

10.03.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Kişi basketbolçulardan ibarət “Ordu” klubu heyətinə yeni legioner cəlb edib.

İdman.biz xəbər verir ki, paytaxt təmsilçisi Jervon Pressleyi heyətinə qatıb.

ABŞ-dan olan basketbolçu 2,03 m boya malikdir. 33 yaşlı Pressley Amerika və Avropada bir sıra klublarda çıxış edib.

Qeyd edək ki, “Ordu” Azərbaycan Basketbol Liqasının B qrupunda 3-cü yerdə qərarlaşıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью