Ordumuz hazırdır, sürətli hücuma keçəcəyik! Əraqçi

29.01.2026

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İranın silahlı qüvvələri ölkəyə qarşı istənilən təcavüzə dərhal və qətiyyətlə cavab verməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı “X” sosial şəbəkəsində paylaşımında bildirib. Onun sözlərinə görə, İranın torpağına, hava məkanına və ərazi sularına yönələn hər hansı hücum sürətli və sərt qarşılıqla üzləşəcək.

Nazir qeyd edib ki, son 12 günlük müharibədən çıxarılan dərslər Tehrana indi daha böyük güc, sürət və intensivliklə cavab vermək imkanı yaradıb.

Bununla yanaşı, Əraqçı vurğulayıb ki, İran bərabərlik prinsiplərinə əsaslanan, təzyiq və hədələrdən uzaq, ədalətli və qarşılıqlı faydalı nüvə sazişini dəstəkləyir. Onun sözlərinə görə, belə bir razılaşma İranın dinc nüvə texnologiyasından istifadə hüququnu təmin etməli və ölkənin nüvə silahı əldə etməyəcəyinə dair zəmanət verməlidir.

İran XİN rəhbəri əlavə edib ki, nüvə silahlarının Tehran üçün təhlükəsizlik hesablamalarında yeri yoxdur və İran heç vaxt bu cür silahları əldə etməyə çalışmayıb.

Tahir Turan
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью