Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2023-cü il sentyabrın 25-də Xankəndidə yerləşən yanacaqdoldurma məntəqəsində baş vermiş partlayışla bağlı Ermənistanda aparılan istintaq prosesi çərçivəsində yeni detallar müəyyənləşib.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, sözügedən hadisədə Qarabağdakı keçmiş qondarma rejimin “müdafiə naziri” olmuş Kamo Vardayna təqsirli bilinə bilər.
Məlumata görə, separatçıların Xankəndidəki hərbi hissəsinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində Qarabağı tərk edən vətəndaşları təhlükəsiz şəkildə yanacaqla təmin etmək vəzifəsi “artsax müdafiə ordusunun xüsusi təyinatlı dəstəsinə” həvalə edilib.
O zaman ordunun əsas səlahiyyətli şəxsi Kamo Vardanyan olduğu üçün bütün məsuliyyət ona aid hesab edilir.
Ermənistan İstintaq İdarəsindən “Hraparak”a bildirilib ki, proses hələ davam edir, bu səbəbdən hər hansı konkret təqsirləndirilən şəxsin adı açıqlana bilməz.
Lakin qeyri-rəsmi mənbələr işdə əsas günahkar kimi Kamo Vardanyanın adının araşdırıldığını iddia edir.