Ordumuzun bölmələrinə həyəcan siqnalı verildi FOTOLAR

15.11.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlimin ilkin mərhələsində bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb, tapşırıqlar dəqiqləşdirildikdən sonra döyüşə hazırolmanın müxtəlif dərəcələrinə gətirilməsi üzrə fəaliyyətlər icra olunub:

“Sonra bölmələrin ərazidə maskalanması, eləcə də müdafiə və mühafizənin təşkilinə dair fəaliyyətlər icra edilib. Qarşıya qoyulan tapşırıqlar təlimə cəlb olunan bölmələr tərəfindən dəqiq və vaxtında yerinə yetirilib”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью