“Ordu”nun baş məşqçisi: “Ciddi problemlər yaşadıq”

05.03.2025

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Şəki” klubunu qələbə münasibəti ilə təbrik edirəm. Bu gün aparıcı oyunçularımızın fəallığı ilə yaxşı nəticə qazanmaq istəyirdik".

Apasport.az xəbər verir ki, bunu “Ordu” klubunun baş məşqçisi Alberto Blanko deyib.

İspaniyalı mütəxəssis Azərbaycan Basketbol Liqasının XVI turunda "Ordu"ya 74:89 hesablı məğlubiyyəti şərh edib:

“Bütün planlarımızı buna uyğun qurmuşduq. Ancaq bizim günümüz deyildi. Əvvəla biz atışlarda çox zəif təsir bağışladıq. Demək olar ki, təşkil etdiyimiz hücumlarda topun səbətə göndərilməsində ciddi problemlər yaşadıq. Digər tərəfdən onlar bu gün "Pick and Roll" vəziyyətlərindən daha yaxşı istifadə etdilər. Bu iki səbəbə görə biz oyunda uduzduq. Artıq bu oyunu yaddan çıxarmalı və “Sumqayıt”la qarşılaşmaya hazır olmalıyıq”.

NBA: "Leykers"dən növbəti qələbə, "Hyuston Rokets" məğlub oldu Naxçıvan Basketbol Federasiyası fəaliyyətini dayandırıb ABL: XVI tura 2 oyunla yekun vurulacaq Tahir Baxşıyev: “Əgər ilk üçlükdə olmaq istəyirsənsə…” “Şəki” yeni transferini açıqlayıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью