Ordunun Baş Qərargahı: SEPAH ı terrorçu təşkilat kimi tanımaq İran xalqına qarşı düşmənçiliyin təzahürüdür

29.01.2026

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Avropa Birliyinin İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat kimi tanımaq qərarı İran xalqına qarşı düşmənçiliyin təzahürüdür və bu addımın nəticələri Avropa siyasətçilərinin üzərinə düşəcək”.

APA xəbər verir ki, bu sözlər İran ordusunun Baş Qərargahının məsələ ilə bağlı yaydığı açıqlamada öz əksini tapıb.

"Avropa Birliyinin məntiqsiz, məsuliyyətsiz və nifrət dolu hərəkətləri, şübhəsiz ki, bu ölkələrin liderlərinin İran xalqı kimi ləyaqətli xalqa, onun silahlı qüvvələrinə və ölkənin təhlükəsizliyinə və müstəqilliyinə qarşı düşmənçiliyinin və nifrətinin dərinliyini əks etdirir", - açıqlamada deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью