Ordunun başına Qarabağda tərəddüd edən zabit gətirilir | Icma.az
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
(Mayk Pompeo orduda xidmət edərkən) Keçmiş dövlət katibi, ehtiyatda olan kapitan Mayk Pompeo ABŞ-ın yeni müdafiə naziri ola bilər.
Bundan başqa, Tennessi ştatından respublikaçı senator Bill Hagerti (ABŞ-ın Yaponiyadakı keçmiş səfiri) dövlət katibi, ABŞ Milli Kəşfiyyatının direktoru Con Ratkliffin isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri vəzifəsi tutması gözlənilir.
Bundan öncə “Politiko” nəşri senatorlar Rubio və Hagerti, eləcə də Qrenellin dövlət katibi vəzifəsinə namizəd olduqlarını yazmışdı.
Müdafiə naziri kimi isə senator Tom Kotonun da adı hallanır. Bu şəxslərin Azərbaycana münasibətləri necədir?
Tramp administrasiyası ilə rəsmi Bakı arasında əvvəlki kimi qarşılıqlı anlaşma mümkün olacaqmı?
Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, Mayk Pompeo ABŞ-Azərbaycan münasibətləri, xüsusən də keçmiş Qarabağ münaqişəsi ilə bağlı hər zaman təmkinli olub: “Pompeonun müdafiə naziri vəzifəsinə, ehtimal ki, ABŞ-ın maraqlarının tələb etdiyi kimi Azərbaycanın Cənubi Qafqazdakı strateji rolunun, yəni terrorla mübarizə və enerji təhlükəsizliyinin qorunması daxildir.
Namizədlər arasında yalnız ABŞ-ın Yaponiyadakı keçmiş səfiri Bill Hagerti Şərqi Asiya siyasətinə çox diqqət yetirib.
Tam oxu
Xəbəri oxu