Ordunun basketbolçusu: “Quba” ilə oyunda asan qələbə qazanacağımızı düşünürdüm | Icma.az
Icma.az, Report.az saytına istinadən bildirir. “Quba” ilə görüşdə asan qələbə qazanacağımızı düşünürdüm.
"Report" xəbər verir ki, bunu "Ordu”nun basketbolçusu Rüstəm Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Kapitan Azərbaycan Basketbol Liqasının V turunda "Quba"ya məğlub olduqları oyun barəsində danışıb: “Quba” ilə görüşdə asan qələbə qazanacağımızı düşünürdüm.
Ancaq belə olmadı. Həm içəridən, həm də 3 xallıq atışlarda dəqiq oynaya bilmədik. Müdafiədə də pis təsir bağışladıq.
Xüsusilə sürətli hücumlar üzərində işləyirik. Səhvlərimizi təhlil edirik ki, gələcək matçlarda belə halla qarşılaşmayaq".
O, VI turda üz-üzə gələcəkləri "Sumqayıt" görüşünün çətin keçəcəyini söyləyib: “Sumqayıt”ı səfərdə məğlub etmişik.
Amma bu qarşılaşma daha çətin olacaq. Onlar yeni oyunçularla gücləniblər, rotasiya imkanları artıb.
Xüsusilə son matçları göstərir ki, komandada ab-hava dəyişib. Amma biz də meydana yalnız qələbə üçün çıxacağıq.
Tam oxu
Xəbəri oxu