“Ordu”nun Gəncə sınağı, “Neftçi” Sumqayıt səfərində

29.01.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Bu gün kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, ikinci oyun gününün matçları paytaxtdan kənarda baş tutacaq.

“Gəncə” öz meydanında “Ordu”nu sınağa çəkəcək. “Neftçi” isə Sumqayıtda eyniadlı komanda ilə görüşəcək.

Azərbaycan kuboku
1/8 final
29 yanvar

14:00. “Gəncə” – “Ordu”
Gəncə İS

19:00. “Sumqayıt” – “Neftçi”
Sumqayıt OİK

Qeyd edək ki, 1/8 finalın ilk günündə NTD və “Abşeron” mərhələ adlayıb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью