“Ordu”nun yeni transferinin hədəfi İdman və Biz | Icma.az
Idman.biz saytına istinadən Icma.az xəbər verir. “Yeni ilə qələbə ilə başlamaq istəyirik”.
İdman.biz xəbər verir ki, bunu “Ordu” klubunun basketbolçusu Nəcəf Babayev deyib. Komandaya yeni transfer olunan oyunçu keçidini şərh edib.
Babayevin sözlərinə görə, “Ordu” ilə anlaşma çox sürətli şəkildə baş verib: “Artıq komanda ilə məşqlərə başlamışam. Çox gözəl ab-hava var.
“Quba” ilə oyuna hazırlıq davam edir. Komandamın qələbə qazanması üçün əlimdən gələni etməyə hazıram.
Ümid edirəm ki, mövsümün ikinci yarısını yüksək səviyyədə keçirə biləcəyik.
Hədəfimiz isə təbii ki, qrupdan 1-ci yeri tutaraq pley-offa vəsiqə qazanmaqdır”. Qeyd edək ki, “Ordu” yanvarın 11-də “Quba”nı qəbul edəcək.
İdman.biz Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu