Orduya yeni qoşulanlara 43 min dollar ödəniləcək

01.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Çexiya ordusuna yeni qoşulanlar bunun üçün təxminən 43 min dollar birdəfəlik ödəniş alacaqlar.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Idnes" nəşri məlumat verib.

Qeyd olunur ki, Çexiya Prezidenti Pyotr Pavelin fərmanına əsasən, orduya yeni qoşulanlar üçün birdəfəlik müavinət 1 milyon kron (43 min dollar - red.) təşkil edəcək - əvvəlki müavinət təxminən 10.800 dollar idi.

Hökumət hesab edir ki, bu cür ödənişlər orduda əsgər çatışmazlığını aradan qaldırmağa, həmçinin hazırkı kadrları öz sıralarında saxlamağa kömək edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью