Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycanın “LANDAU Lions” basketbol klubunun FIBA Avropa Kubokunun yeddinci turunda Slovakiya təmsilçisi “Prievidza”ya uduzmasının səbəbi heyətdə zədəli oyunçuların olmasıdır”.
Bu barədə komandanın basketbolçusu Orelik Gediminas deyib.
Litvadan olan 36 yaşlı oyunçu yeddinci turda 93:97 hesabı ilə məğlub olduqları qarşılaşma haqqında fikirlərini bölüşüb.
“Hücumda yaxşı oynadıq. Amma müdafiədə o qədər də yaxşı deyildik. İstədiyimiz kimi çıxış edə bilmədik. Məğlubiyyətin əsas səbəbi komandada hələ də tam sağalmamış zədəli basketbolçuların olmasıdır”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Zədəli olsa da, sözügedən matçda iştirak edən O. Gediminas durumu haqqında da danışıb:
“Özümü yaxşı hiss edirəm, ciddi bir şey yoxdur; bir neçə günə hər şey qaydasında olacaq”.
Xatırladaq ki, qrupda keçirdiyi oyunlarda cəmi birində qələbə qazanmağı bacaran “LANDAU Lions” səkkiz xalla sonuncu - altıncı pillədə qərarlaşıb.