Oresnik Kiyevin raketdən müdafiə sistemləri ilə vurula bilməz

09.12.2024

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

"Oresnik" Kiyevin raketdən müdafiə sistemləri ilə vurula bilməz

Rusiyanın “Oreşnik” ballistik raketləri Ukraynanın raketdən müdafiə sistemləri tərəfindən tutula bilməz. Kiyevə verilən uzaqmənzilli Qərb silahları hərbi əməliyyatların gedişatını dəyişməyəcək. Bu fikri TASS-ın müxbiri ilə söhbətində yaponiyalı hərbi ekspert, quru qoşunlarının istefada olan general-leytenantı, Nazirlər Kabineti Katibliyinin keçmiş müşaviri, Tokio Beynəlxalq Universitetinin professoru Noboru Yamaquçi deyib.

“Kiyevə verilən Amerikanın “Patriot PAC-3” raketdən müdafiə sistemləri “Oreşnik” tipli orta mənzilli ballistik raketi ələ keçirə bilmir, çünki uçuşun son mərhələsində o, çox yüksək sürətlə hərəkət edir”, – mütəxəssis qeyd edib.

PAC-3 zenit-raket raketlərinin özlərinin kifayət qədər sürəti yoxdur və məhdud uçuş radiusuna malikdir”.

" Bununla belə Amerikanın Aegis raketdən müdafiə sistemləri müəyyən dərəcədə “Oreşniki məhv edə bilər",-deyə Yamaquçi bəyan edib.

Onun sözlərinə görə, hazırda Qərb “Aegis” raketdən müdafiə sistemlərinin Kiyevə verilməsi məsələsini belə müzakirə etmir.

Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью