“Oreşnik” və İsgəndər M in yerləşdirilməsi… Belarus

16.01.2025

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Taktiki nüvə silahlarının, “Oreşnik”in və İsgəndər-M raket sisteminin Belarusda yerləşdirilməsi istənilən potensial təcavüzkara zərər vurmaq iqtidarındadır.

Axar.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç deyib.

“Dövlət başçısı Belarus ərazisində Rusiyanın taktiki nüvə silahını yerləşdirməklə 1990-cı illərdə yol verdiyimiz strateji səhvi düzəltdi. Hazırda qərar qəbul edilib. “Oreşnik” orta mənzilli hipersəs raket kompleksinin Belarusda yerləşdirilməsi barədə də qərar verilib. Beləliklə, ölkəmizin ixtiyarında istənilən potensial təcavüzkara zərər vurmağa imkan verən zərbə qüvvəsi olacaq”, - Volfoviç bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью