Oreşnikin bu hissəsi Belarusda istehsal edilib Lukaşenko sirləri açdı

10.12.2024

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Oreşnik” kompleksindəki buraxılış qurğusu Belarus mənşəlidir.

Sfera.az xəbər verir ki, bunu Borisovda “Pojsnab” MMC müəssisəsinin işçilərinin iclasında Belarus prezidenti Aleksandr Lukaşenko deyib. Onun sözlərinə görə, raket istisna olmaqla, “Oreşnik”dəki bütün buraxılış qurğusu Belarusa aiddir.

Adıçəkilən qitələrarası raket artıq Belarusda da var. Dekabrın 7-də Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Sergey Laqodyuk bəyan edib ki, “Oreşnik”in Belarusda yerləşdirilməsi barədə qərar ABŞ və Almaniyanın Avropada orta mənzilli raketlərin yerləşdirilməsi ilə bağlı addımlarına cavab olaraq qəbul edilib.

Dekabrın 6-da isə Lukaşenko Putindən “Oreşniki” Belarusda da yerləşdirməyi xahiş etmişdi.

Vasif

Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью