Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Gununsesi.info Həmid Hersçinin yeni şeiri – “Orfeyin nəğməsi”ni təqdim edir:
Deyirəm,
Ədəbiyyatı tabuta yığmış
Kitab dükanı “Libraff”a:
Yoxdu qandıgın qrafa!
Bivəfa, bivəfa,
Gün batdıqca uzanan kölgəyəm,
Yanıqlı nohəyəm,
Soruşsan, evdəyəm,
İlk şair Orfeyəm,
Əlimdə musiqili arfa!
İnandız, uyduz Bakı toyxanalarındakı
bir-iki geydirmə,
həvəskar fotoqrafa
Nəticədə indi yoxdu bizdə
Peşəkar kinomotoqraf da…
Bivəfa, bivəfa.
Qoy məni burdan
Qandallayıb aparsın
Al uduzlu Moskva.
O zindan, o qazamat, o Lefortova…
Yoxdu orda sizin aftafa!!!
Bivəfa, bivəfa.
“İstintaq davam edir” filmindəki “Təcili dərman göndərin Nimfa”.
Şifrəqrammasını açsam,
başlayacaq dövlətdə kütləvi istefa!!!
İlk şair Orfeyəm,
Soruşsan, evdəyəm,
Əlimdə musiqili arfa!
Oxuyuram:
“Bivəfa, bivəfa
Atmısan odlara
Öylə yandırmısan
Sevmərəm bir daha
Bivəfa, bivəfa
Bir defa, üç defa
Dar ağaclarınızın ilgəyi paxıllanar
boğazımdakı kip şarfa!
Su verdik hər cür canısusuza,
Cansıza,
Hər cür kaktusa
Kinorejissor Cim Jarmuşa
Canlarına gəlsin şəfa…
İlk şair Orfeyəm,
Soruşsan, evdəyəm,
Əlimdədir o müqəddəs arfa!