Orhan Ak baş məşqçi təyin olunub

17.01.2025

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Orhan Ak Trendyol 1-ci Liqada çıxış edən "Fatih Karagümrük"ün sükanı arxasına keçib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, 45 yaşlı məşçi ilə bir il müddətinə müqavilə imzalanıb.

Xatırladaq ki, Baş məşqçi kimi "Fatih Karagümrük"ün başında ilk addımını atan Orhan Ak Abdullah Avcı və Emre Belözoğlunun köməkçisi işləyib.

Onu da qeyd edək ki, "Fatih Karagümrük" 19 oyundan 34 xal toplayaraq liqada 2-ci pillədə qərarlaşıb.

Fərid Aslan
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью