Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Avqustun 10-da baş tutan “Sabah” — “Orhus” matçından sonra mətbuatda həqiqəti əks etdirməyən iddialar irəli sürülüb. KİV-də yayılan xəbərlərdə insidentə azərbaycanlı azarkeşlərin səbəb olduğu və danimarkalılara hücum etdiyi iddia olunub.
“Futbolpress.az“ın əldə etdiyi görüntülər həmin təxribat xarakterli iddiaları ifşa edib. Kadrlardan aydın görünür ki, zorakılığı təşkil edən, hücuma birinci keçən və vəziyyəti gərginləşdirən tərəf azərbaycanlı azarkeşlər yox, “Orhus” tərəfdarları olub.
Sözügedən görüntüləri buradan izləyə bilərsiniz.