Orhus və Sabah komandalarının start heyətləri

05.08.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

UEFA Çempionlar Liqasının III tənsifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək Danimarkanın "Orhus" və "Sabah" kollektivlərinin start heyətləri bəlli olub.

BAKU.WS-in məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Orhus": Mads Kristiansen, Kolin Ryosler, Frederik Tinqaqer, Erik Kal, Mikael Anderson, Maqnus Knudsen, Yens Yonsson, Frederik Emmeri, Tobias Bek, Ceyms Boqere, Kristian Arnstad (K).

"Sabah": Stas Pokatilov (K), Rəhman Daşdəmirov, Stiv Solvet, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepiniça, Umarali Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Coy-Lens Mikels, Kahim Parris.

Qeyd edək ki, "Orhus" - "Sabah" görüşü bu gün saat 20:30-da Ranners stadionunda start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью