Orhusun baş məşqçisi: Çox böyük səhvlərə yol verdik

11.08.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

"İkinci hissədə biz çox böyük səhvlərə yol verdik".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Orhus"un baş məşqçisi Yakob Poulsen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"a qarşı keçirilən cavab oyunundan sonra deyib.

"Topu "Sabah" kimi güclü komandaya verəndə onlar da cəzalandırdı. İlk qoldan sonra "Sabah"ın hücumlarının sayı artmıışdı. Böyükhesablı məğlubiyyətin səbəbi buraxdığımız səhvlərdən qaynaqlanırdı.

Avropa Liqasının pley-offunda "Benfika" ən güclü rəqiblərdən biridir. Amma əvvəlcə çempionat oyununa köklənəcəyik. Yəqin ki, sürpriz edə bilərik.

Bir hissədə 4 qol buraxmaq planlarımıza daxil deyildi. Bizim üçün sürpriz oldu. Hər iki oyunda göstərdiyi perfomansa görə "Sabah" növbəti tura yüksəlməyə layiq idi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью