futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Orhus”un futbolçusu Maqnus Knudsen Çempionlar Liqasında “Sabah”a uduzduqları görüşü şərh edib.
Futbolpress.az “Bold” nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 0:4 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Xəyallarımız puç oldu. Çempionlar Liqasında irəliləmək istəyirdik. Çox səhvlər etdik və kifayət qədər yaxşı oynamadıq. Rəqibin fərqlənməsi üçün onlara şərait yaratdıq”.
“Sabah” iki oyunun nəticəsinə görə (1:2, 4:0) “Orhus”u mübarizədən kənarlaşdırıb və turnirdə pley-off mərhələsinə yüksəlib. Komandanın buradakı rəqibi İsrailin “Hapoel” klubu olacaq.
“Orhus” isə yoluna Avropa Liqasında davam edəcək. Danimarka təmsilçisi pley-offda “Benfika” – “Harts” cütünün qalibi ilə qarşılaşacaq.