“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək SƏBƏB

05.08.2026

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan “Orhus” ciddi itki ilə üzləşib.

“Football-plus.az” “tipsbladet.dk” saytına istinadla xəbər verir ki, komandanın ulduz futbolçusu Kevin Yakob sıradan çıxıb. Ötən mərhələdə Polşa “Lex”inə qarşı ilk oyunda dizindən zədə alan orta sahə oyunçusunun adı iştirak ərizəsindən çıxarılıb. Onun əvəzinə Kolin Röslerin adı ərizəyə salınıb. Danimarkalı həmkarlarımızın fikrincə, Rösler doğru seçimdi. Bu futbolçu Yakobu layiqincə əvəz edə biləcək.
Xatırladaq ki, bu gün keçiriləcək “Orhus” – “Sabah” qarşılaşması saat 20.30-da start götürəcək.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью