Orkun Kökçü addım addım Beşiktaş a

08.07.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Türkiyə millisi və "Benfika"nın üzvü Orkun Kökçü karyerasını "Beşiktaş"da davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ona gələn bütün təklifləri rədd edib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Mənbənin məlumatına görə, Orkun keçidin tezliklə həll edilməsi üçün "Benfika" rəhbərliyinə təzyiq göstərir.

Xatırladaq ki, türkiyəli futbolçu FİFA Klublararası Dünya Çempionatında baş məşqçisi Bruno Lage ilə yaşadığı problemlərdən sonra komandadan ayrılmaq qərarına gəlib.

Qeyd edək ki, Kökçü ötən mövsüm "Benfika"nın heyətində 55 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Yaponiya millisinin üzvü "Tottenhem"də - RƏSMİ "Bayer"in forvardı "Milan"ın hədəfində "Neftçi"dən ayrıldı - Yeni komandası bəlli oldu Veratti Qətərdə klubunu dəyişib - RƏSMİ Şesni "Barselona" ilə müqaviləsini uzadıb
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью