Orkun Kökçü: Ortada şərəf və ləyaqətimiz var idi

26.06.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Türkiyə millisinin futbolçusu Orkun Kökçü ABŞ üzərindəki qələbədən sonra fikirlərini bölüşüb.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi DÇ-2026-nın D qrupunun son turunda 3:2 hesablı qələbəyə baxmayaraq, komandanın turnirdəki çıxışını uğursuz adlandırıb.

"Qələbə qazanmaq vacib idi. Çünki ortada şərəfimiz və ləyaqətimiz var idi. Şükürlər olsun ki, onları qoruduq. Hər kəs özünü tənqid etməlidir.

Nə biz, nə də ölkəmiz buna layiq idi. Çox şey demək olar, amma indi bunun vaxtı deyil. Ölkəmizi az da olsa sevindirə bildiksə, buna görə xoşbəxtik".

Qeyd edək ki, Türkiyə millisi ABŞ-ni 3:2 hesabı ilə məğlub etsə də, D qrupunu 3 xalla dördüncü pillədə başa vuraraq DÇ-2026 ilə vidalaşıb.

Niderlandın rəqibi bəlli oldu - 1/16 finalda Mərakeşlə qarşılaşacaq Ekvadorun qəhrəmanı - Anqulo matçın oyunçusu seçildi Tarixi uğur - Fil Dişi Sahili ilk dəfə qrupdan çıxdı DÇ-2026: Yaponiya - İsveç: Heyətlər DÇ-2026: Niderland - Tunis matçının heyətləri bəlli oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью