Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı

30.09.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Beşiktaş"ın yarımmüdafiəçisi Orkun Kökçü Türkiyə millisinin qarşıdakı oyunlarında iştirak etməyəcək.

Milli.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının mətbuat xidməti futbolçunun yığmanın düşərgəsindən ayrıldığını açıqlayıb.

Orkun Kökçü ayaq barmağında yaranan ağrılar səbəbindən milli komandanın düşərgəsini tərk edib. Futbolçunun müalicəsini klubunda davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasında oktyabrın 2-də Belçika, oktyabrın 5-də isə İtaliya ilə qarşılaşacaq. Yığma turnirdə əvvəlki matçlarında Fransaya 0:1, İtaliyaya isə 1:4 hesabı ilə məğlub olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью