Orlandodakı muzeydə Lionel Messinin mum heykəli yerləşdirilib

30.11.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Orlando şəhərindəki "Madam Tüsso" muzeyində argentinalı futbolçu Lionel Messinin mumdan hazırlanmış heykəli yerləşdirilib.

"Report" xəbər verir ki, bu barədə muzeyin saytında bildirilib.

37 yaşlı hücumçunun heykəli hazırda oynadığı "İnter Miami" formasında, əlləri yuxarı qaldırılmış vəziyyətdə təsvir olunub.

Qeyd edək ki, 2023-cü ildə MLS təmsilçisinə transfer olunan L.Messi klub tarixinin ən çox qol vuran futbolçudur.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью