Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Orqan donoru olmaq istəyən şəxslər bu qərarı yalnız 18 yaşına çatdıqdan sonra müstəqil şəkildə verə bilərlər”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Ürək Transplantasiyası Həftəsi çərçivəsində Səhiyyə Nazirliyinin media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda deyib.
O qeyd edib kı, şəxs donor olmağa razılıq verdikdən sonra istənilən vaxt fikrini dəyişə və qərarından imtina edə bilər:
“Yəni insan sağ olduğu müddətdə donor olmaqla bağlı qərarını dəyişmək hüququna malikdir. Ancaq beyin ölümü baş verdikdən sonra vəziyyət dəyişir.
Bu halda şəxsin sağlığında donor olmaq üçün verdiyi razılıq əsas götürülür və həmin qərarın həyata keçirilməsinə heç kim mane ola bilməz.
Bu səbəbdən donor olmaq barədə qərarın insanın sağlığında verilməsi və rəsmi şəkildə bildirilməsi vacibdir”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin