Orqan köçürülməsindən sonra həyat necə dəyişir? Mircəlal Kazımi açıqlayır | Icma.az
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Orqan transplantasiyası bir çox hallarda xəstələr üçün yeni həyat şansı yaratsa da, əməliyyatdan sonrakı mərhələ xüsusi diqqət və məsuliyyət tələb edir.
Yeniavaz.com xəbər verir ki, Azərbaycanda son illər ərzində yüzlərlə orqan transplantasiyası əməliyyatı uğurla həyata keçirilib və bu əməliyyatlar nəticəsində çoxsaylı xəstələr sağlamlıqlarını bərpa edərək gündəlik həyatlarına qayıdıblar.
Bəs transplantasiyadan sonra xəstələrin həyat tərzində hansı dəyişikliklər baş verir?
Dərmanların müntəzəm qəbulu nə qədər vacibdir və qidalanma ilə bağlı hansı məhdudiyyətlər mövcuddur?
Mövzu ilə bağlı Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyasını uğurla həyata keçirmiş cərrah-transplantoloq Mircəlal Kazımi Yeniavaz.com-a açıqlama verib.
Mircəlal Kazımi bildirib ki, orqan transplantasiyası olunmuş xəstələr normal həyata, ailələrinə və peşə fəaliyyətlərinə qayıda bilirlər: “Orqan transplantasiyası olunmuş xəstələr köçürülmüş orqandan asılı olmayaraq normal həyata, cəmiyyətə, ailələrinə və gördükləri peşəkar işlərinə qayıdırlar.
Eyni zamanda istər əqli, istərsə də fiziki işlərin görülməsində orqan köçürülməsinin hər hansı bir maneəsi yoxdur”.“İnsanlar bu dərman preparatlarını hər zaman öz yanlarında aparmalıdırlar” Mircəlal Kazımi qeyd edib ki, orqan köçürülmüş şəxs həyatı boyu müəyyən dərman preparatlarını qəbul etmək məcburiyyətindədir: “Xüsusilə də orqanizmin immunitetini zəiflədən, immunosupressiv adlandırdığımız dərman preparatlarını qəbul etmək məcburiyyətindədir.
Tam oxu
Xəbəri oxu