Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qeyri-sağlam pəhriz, stress, yuxu pozğunluğu kimi bir çox problemlər orqanizmdə müxtəlif toksinlərin toplanmasına səbəb ola bilər.
Publika.az oxucuları orqanizmin toksinlərlə dolu olduğunu göstərən əlamətlərlə tanış edir. Qəbizlik Bədən toksinlərlə hər gün mübarizədədir.
Zəhərli maddələr orqanizmdən hər gün sidik və ya nəcis yolu ilə çıxarılmalıdır.
Bağırsaqların fəaliyyəti pozularsa və bağırsaqlar gündə ən az bir dəfə boşaldılmasa, toksinlər asanlıqla qan dövranına geri qayıda və ciddi fəsadlara yol aça bilər.
Ağız qoxusu Ağız qoxusunun kəskin olması bədəndə toksinlərin olduğunu göstərir.
Yediyiniz bəzi məhsulların tərkibindəki bakteriyalar ağız qoxusuna gətirib çıxarır.
Bundan başqa, şiddətli qoxu bağırsaqlar və qaraciyərinin toksinləri məhv etməkdə çətinlik çəkdiyini bildirir.