Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
"Sanitariya və gigiyena qaydaları pozulduqda, orqanizmimiz yoluxucu xəstəlik törədiciləri olan viruslara və bakteriyalara qarşı daha həssas olur".
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsələn əllər təmiz olmadıqda, yemək zamanı bu mikroorqanizmlər bədənə daxil olur və mədə-bağırsaq pozuntularına gətirib çıxara, infeksion xəs\təliklərin yaranmasına şərait yarada bilər.
Eyni zamanda, dəri infeksiyaları, tənəffüs yolları xəstəlikləri, qrip və hətta virus infeksiyaların daha sürətlə yayılmasına təkan verə bilər.
Beləliklə, sadə gigiyena qaydalarına əməl etməmək bir sıra sağlamlıq problemlərinə və xəstəxanada müalicəyə qədər olan vəziyyətlərə gətirib çıxara bilər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin