Orqanizmi cavanlaşdırır, baş ağrısını müalicə edir... MORUQ saplağının faydaları

17.10.2026

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Moruqdan mürəbbə və ya kompot bişirdikdə saplaqlar adətən atılır. Lakin bu çox böyük səhvdir.

Saglamolun.az bildirir ki, moruğun saplaqları moruq qədər xeyirlidir. Bu saplaqların tərkibində giləmeyvədə olan bütün faydalı maddələr mövcuddur. Bu səbəbdən saplaqları atmayın, onları qurudun və soyuq fəsillərdə faydalı dəmləmələr və çaylar hazırlayın.

1 ç.q. moruq saplağını 1 fincan isti suda dəmləyin və ətirli, faydalı, müalicəvi çaydan zövq alın. Moruq saplaqlarından hazırlanmış çayın müalicəvi xüsusiyyətləri:

- soyuqdəymə zamanı çox faydalıdır

- iltihabları azaldır

- immun sistemini möhkəmləndirir

- baş ağrısını müalicə edir

- tərkibində olan antioksidantlara görə orqanizmi cavanlaşdırır

- orqanizmdən ziyanlı maddələri xaric edir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью