Orqanizmi təmizləyən və cavanlaşdıran SARI DETOKS

15.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Sarıkökün faydalı xüsusiyyətləri bütün dünyada tanınır. Bu ədviyyat güclü antioksidant, iltihabəleyhinə və antiseptik xüsusiyyətlərə malikdir, orqanizmi cavanlaşdırır, xərçəngin inkişafından qoruyur, çox yaxşı təmizləyir.

Sarı detoksun reseptini sizə təqdim edirik:

- 1 ç.q. sarıkök

- 1 limon

- 1 l su

- 3 x.q. bal

Hazırlanması:

- Sarıkök suda həll olunur.

- Limon yaxşı yuyulur, qabığı ilə birlikdə sürtgəcdən keçirilir, suya əlavə olunur.

- Suya bal əlavə olunur, yaxşı qarışdırılır.

- Qarışığı 24 saat ərzində sərin yerdə saxlayın, sonra yaxşı süzün və gün ərzində 2 dəfə stəkanın 1/2 hissəsi olmaqla qəbul edin.

Müalicə kursu - 2 həftə.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью