Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bəzi məhsullar orqanizmin təbii toksinlərdən təmizlənmə prosesinə dəstək verir və sağlamlığa müsbət təsir göstərir.
Redaktor.az xəbər verir ki, bu haqda aif.ru-ya həkim İrina Lyalina bildirib.
Bioloqun sözlərinə görə, orqanizmi toksinlərdən təmizləməkdə lider olan məhsullar tərəvəz və göyərtilərdir. Onlar təkcə detoks prosesində iştirak etmir, həm də qaraciyəri dəstəkləyirlər. Xüsusilə çuğundur qan dövranının yaxşılaşmasına kömək edən fermentlərə malikdir. Qaraciyərə birbaşa təsir edən digər məhsullar isə kələmlilər ailəsinə aid tərəvəzlərdir; onlar bu orqanın təmizlənməsində iştirak edən fermentlərin fəaliyyətini stimullaşdırır.
Lyalina əlavə edib ki, sadə məhsul olan sarımsaq da tərkibindəki kükürd sayəsində qaraciyər və immun sisteminin normal funksiyasını dəstəkləyir. Digər orqanlar üçün faydalı məhsullar arasında isə alma, qarağat, böyürtkən, moruq və limon qeyd olunur; onların tərkibindəki pektin bağırsaqlardan zibil və toksinlərin çıxarılmasına kömək edir.
“Zəncəfil qan dövranını və həzm prosesini yaxşılaşdırır, yaşıl çay isə qaraciyəri oksidləşmədən qoruyan katexinlər ehtiva edir. Lakin qanda “keyfiyyətli” tərkibi qorumaq və toksinlərin effektiv çıxarılması üçün kifayət qədər təmiz su qəbulu olduqca vacibdir,” - deyə Lyalina bildirib.
Aytəkin TOFİQQIZI