Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Yer armudu (topinambur) olduqca faydalı bitkidir.
Görünüşə görə kartofa oxşayan topinambur orqanizm üçün vacib olan bir çox maddələrlə (vitaminlər, minerallar, pektinlər, amin turşuları və s.) zəngindir.
Yer armudunun tərkibində çoxlu pektinlər var. Bu maddələr mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, ziyanlı maddələrdən təmiləyir
Topinambur mədə-bağırsaq sisteminin mikroflorasına müsbət təsir edir.
Böyük şəhərlərdə yaşayan insanların orqanizmində çoxlu miqdarda toksinlər, şlaklar, ağır metalların duzları və s. ziyalı maddələr yığılır.
Orqanizm bu maddələri zərərsizləşdirməyə çatdırmır ki, nəticədə xroniki intoksikasiya inkişaf edir.
Xroniki intoksikasiya özünü bu kimi simptomlarla büruzə verir: - "səbəbsiz" baş, əzələ, oynaqlar ağrıları - dərinin, saçların vəziyyətinin pisləşməsi - "səbəbsiz" yorğunluq - immun sisteminin zəiflənməsi və s.
Araşdırmalar sübut edib ki, topinamburun hər gün 2-3 ay ərzində qəbulu xroniki intoksikasiyanın əlamətlərini azaldır.