Cebheinfo saytına istinadən Icma.az xəbər verir. “2024-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub.
Ən çox böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir”.
Yerli mətbuatda yayılan məlumatlara görə, bunu Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nin sədri Yeganə Abbasova deyib.
O bildirib ki, indiyə kimi beyin ölümü keçirdikdən sonra könüllü olaraq donor olmaq istəyib sağlığında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edən şəxslərin sayı məxfidir.
O qeyd edib ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində ölümündən sonra orqanlarını bağışlamaq üçün xüsusi formanı doldurub qeydiyyatdan keçən şəxslərin sayı keçən illərə nisbətən 3 dəfə artıb.
Maraqlıdır, Azərbaycanda donor ola bilmək üçün nə etmək lazımdır? Orqanlarımızın ehtiyacı olanlara necə bağışlaya bilərik?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat katibi Elvin Hacıyev bildirib ki, hər bir Azərbaycan vətəndaşı öz orqanını ya sağlığında, ya da ölümündən sonra bağışlaya bilər.
Onun sözlərinə görə, vətəndaş sağlığında kök hüceyrə, sümük iliyi, yaxın qohumlara isə böyrək və qaraciyəri bağışlamaya bilər: “Ölümündən sonra donor olmaq istəyən vətəndaş şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə yaxınlaşmalı, müvafiq müraciət ərizəsini doldurmalıdır.