Orsk hava limanında məhdudiyyətlər ləğv olunub

11.08.2026

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Orenburq vilayətinin Orsk hava limanında təyyarələrin qəbulu və yola salınmasına qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya" məlumat yayıb.

Qurumdan bildirilib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq olunmuşdu.

Zeynəb Rzayeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью