Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kulis.az Orta Asiyanın ən möhtəşəm memarlıq abidələri haqqında yazını təqdim edir.
Orta Asiya, Əfqanıstan, Pakistan, İran, Çin, hətta Rusiyanın da bir hissəsini əhatə edən, lakin Türkmənistan, Özbəkistan, Qırğızıstan kimi ölkələrə görə daha çox qulaqlarımızda türk xalqlarının yaşadığı məkan kimi səslənən geniş bir coğrafiyadır.
Bu coğrafiyada inşa edilmiş çox gözəl memarlıq abidələri var.
Registan meydanı Registan Meydanı hər hansı bir memarlıq tikilisi deyil, üç müxtəlif mədrəsənin bir arada yerləşdiyi mühüm bir məkanın adıdır.Özbəkistanın Səmərqənd şəhərində yerləşən bu meydanda XV əsrdə inşa olunmuş Uluqbəy Mədrəsəsi XVII əsrdə tikilmiş Şir-Dor Mədrəsəsi və eyni əsrdə ucaldılmış Tillə-Kari Mədrəsəsi mövcuddur.
Kalta Minarəsi Özbəkistanın qərbində yerləşən Xivədəki Kalta Minar, dilimizdəki adı ilə Qısa Minar, yuxarıya doğru daralan silindrik quruluşu ilə möhtəşəm bir əsərdir.
Minarənin daxilində olduğu ərazi böyük bir qaladakı qədim şəhəri təşkil edir və memarlığı ilə heyranlıq doğuran bu muzey-şəhər 1990-cı ildən bəri Dünya İrsi Siyahısında yer almaqdadır.
Ərk Qalası Yenə də Özbəkistanda, Buxarada yerləşən Ərk qalası, başqa adı ilə “Buxaranın Gəmisi”, ətrafı təxminən 790 metr olan, divarlarının hündürlüyü 16 ilə 20 metr arasında dəyişən nəhəng bir qaladır.