Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Numbeo" portalının açıqladığı son hesablamalara əsasən, Azərbaycanda orta aylıq əmək haqqı ilə (458 ABŞ dolları) orta hesabla 44 kiloqram mal əti almaq mümkündür.
Bu göstərici ilə Azərbaycan region ölkələri arasında aşağı pillələrdə qərarlaşıb.
Qonşu və region ölkələri ilə müqayisədə Azərbaycandakı vəziyyət daha aydın görünür. Türkiyədə orta aylıq əmək haqqı 1060 dollar səviyyəsindədir və bu gəlirlə 53 kq mal əti almaq mümkündür. Gürcüstanda orta əmək haqqı 540 dollar olmaqla, aylıq gəlir 56 kq mal əti almağa imkan verir.
Ermənistanda orta aylıq əmək haqqı 635 dollar, bu məbləğlə 53 kq, Qazaxıstanda isə 599 dollar maaşla 77 kq mal əti almaq mümkündür. Rusiyada orta aylıq əməkhaqqı 868 dollar təşkil edir və bu gəlir 83 kq mal əti ilə müqayisə olunur.
Postsovet məkanından Özbəkistanda orta aylıq əməkhaqqı 500 dollar olub 49 kq, Ukraynada 490 dollar maaşla 69 kq, Belarusda isə 742 dollar gəlirlə 83 kq mal əti almaq mümkündür.
Orta aylıq əmək haqqı ilə digər ölkələrdə bu qədər ət almaq mümkündür:
İrlandiya – 254 kq
Böyük Britaniya – 227 kq
Niderland – 223 kq
Danimarka – 218 kq
Lüksemburq – 203 kq
Almaniya – 167 kq
İsveçrə – 164 kq
İsveç – 161 kq
Belçika – 157 kq
Kipr – 144 kq
Finlandiya – 137 kq
Avstriya – 133 kq
Fransa – 132 kq
Polşa – 131 kq
İspaniya – 130 kq
Çexiya – 127 kq
Sloveniya – 127 kq
Litva – 127 kq
Norveç – 124 kq
Xorvatiya – 124 kq
Malta – 109 kq
Slovakiya – 107 kq
Latviya – 105 kq
Rumıniya – 98 kq
İtaliya – 93 kq
Bolqarıstan – 91 kq
Macarıstan – 91 kq
Estoniya – 90 kq
Portuqaliya – 88 kq
Moldova – 86 kq
Monteneqro – 84 kq
Rusiya – 83 kq
Belarus – 83 kq
Yunanıstan – 78 kq
Qazaxıstan – 77 kq
Serbiya – 72 kq
Ukrayna – 69 kq
Bosniya və Herseqovina – 69 kq
Şimali Makedoniya – 60 kq
Gürcüstan – 56 kq
Kosovo – 54 kq
Türkiyə – 53 kq
Ermənistan – 53 kq
Albaniya – 50 kq
Özbəkistan – 49 kq
Azərbaycan – 44 kq
İran – 28 kq
"AzPolitika.info"