Orta aylıq əməkhaqqı nə qədər artacaq?

18.11.2024

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gələn il orta aylıq əməkhaqqı 9,1 faiz artırılaraq 1080,1 manata çatdırılacaq.

Globalinfo.az bildirir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

2025-2028-ci illərdə isə hər il 7,1 faiz artaraq 1326,4 manata çatacaq.

Qeyd edilib ki, 2025-ci ildə artımın bir qədər sürətlənməsi minimum əməkhaqqı məbləğinin 55 manat, yaxud 15,9 faiz artırılması ilə əlaqədardır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью