Orta aylıq əməkhaqqı necə hesablanır?

26.11.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda orta aylıq nominal əməkhaqqının 1173 manata çatması əhalinin gəlirləri və sosial rifahı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Rəsmi statistik göstəricilər əməkhaqlarında artım olduğunu göstərsə də, bu rəqəmin əksər vətəndaşların faktiki qazancını nə dərəcədə əks etdirdiyi sual doğurur.

Bəs 1173 manatlıq göstərici əhalinin real gəlir səviyyəsini əks etdirirmi?

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, bu, orta aylıq əməkhaqqı göstəricisidir:


“Orta aylıq əməkhaqqı o deməkdir ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə çalışanların maaşları həmin sahələrin sayı üzrə bölünür. Problem də burada yaranır. Çünki bizdə elə sahələr var ki, ən çox işçi həmin sahələrdə çalışır.

Məsələn, təhsil sahəsi çox genişdir, amma bu, bir sahə kimi götürülür. Ona görə də bu göstərici o demək deyil ki, ölkə əhalisinin böyük əksəriyyəti orta aylıq əməkhaqqı qədər maaş alır.

Yəni bu belə deyil. Orta aylıq əməkhaqqı sahələr üzrə hesablanır. Məsələn, neft, bank və tikinti sektorlarında maaşlar daha yüksəkdir”.

İqtisadçı qeyd edib ki, məhz həmin sektorların hesabına orta aylıq əməkhaqqının daha yüksək göstəricilərə çatmasının şahidi oluruq.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: əməkhaqqı Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью