Orta Dəhliz Qazaxıstandan Avropaya “yaşıl” ammonyakın nəqli üçün ən əlverişli marşrutdur F…
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Orta Dəhliz Qazaxıstandan Avropa bazarına "yaşıl" ammonyakın nəqli üçün ən əlverişli marşrutdur.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində "Hyrasia One" layihəsinin investisiya direktoru və "SVEVIND Energy" şirkətinin Qazaxıstandakı regional nümayəndəsi Aynur Tumışeva bildirib.
A.Tumışeva izah edib ki, Almaniyanın "SVEVIND Energy Group" şirkəti tərəfindən Qazaxıstanın Manqistau vilayətində həyata keçirilən "Hyrasia One" layihəsi "yaşıl" hidrogen istehsalı zavodunun inşasını nəzərdə tutur.
"Hyrasia One" layihəsi üzərində artıq üç ildir çalışırıq. Hələ erkən mərhələdə olmağımıza baxmayaraq, mühüm irəliləyişlərə nail olmuşuq.
"Genesis" konsaltinq şirkəti ilə ilkin layihə tədqiqatlarını tamamlamışıq, ekoloji və sosial qiymətləndirmələrə başlamışıq və lazım olan icazə və resursların əldə olunması prosesindəyik", - deyə o qeyd edib.
İnvestisiya direktoru vurğulayıb ki, "Hyrasia One" layihəsi "yaşıl" bir təşəbbüsdür və layihə iştirakçıları Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən müəyyən edilmiş beynəlxalq ekoloji standartlara sadiqdirlər.
Onun sözlərinə görə, hazırda aparılan ekoloji və sosial təsirin qiymətləndirilməsi çərçivəsində biomüxtəliflik, su resurslarının istifadəsi, arxeoloji tədqiqatlar və quşlar ilə yarasaların miqrasiyası kimi aspektlər nəzərə alınır.
Tam oxu
Xəbəri oxu