Orta Dəhliz üçün hazırlanmış rəqəmsal platforma rəsmən istifadəyə verilib | Icma.az
Icma.az, Report.az saytına istinadən bildirir. “Global DTC Pte Ltd” şirkətinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üçün hazırlad
"Report" xəbər verib ki, bunu şirkətin baş direktorunun müavini Alua Satıbaldiyeva "Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə" adlı dəyirmi
"Biz Asiya və Avropa arasında yük daşımalarını asanlaşdırmaq məqsədilə ticarət dəhlizi üçün rəqəmsal platforma yaratmışıq.
Platformamızın əsas funksiyaları marşrutun bütün iştirakçıları üçün kollaborativ ekosistem formalaşdırmaq, elektron gömrük rəsmiləşdirilməsini dəstəkləməkdən ibarətdir.
Bura həmçinin tarif və sifarişlərin idarə edilməsi modulu, sənəd dövriyyəsinin rəqəmsallaşdırılması, real vaxt rejimində konteynerlərin izlənilməsi və monitorinqi sistemi daxildir", - o bildirib.
Baş direktor müavininin sözlərinə görə, indi ekspeditorlar, yükgöndərənlər və alıcılar onların nömrələrini sistemə daxil etməklə öz konteynerlərinin yerini izləyə biləcəklər: “Bu, Qazaxıstan, Azərbaycan və Gürcüstan ərazisindən keçən bütün marşrut üzrə daşımaların şəffaflığını təmin edəcək”.
A.Satıbaldiyeva əlavə edib ki, şirkət artıq platformanı Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu sistemləri ilə inteqrasiya edib.
"Qarşıdakı planlara Aktau limanı ilə inteqrasiyanın başa çatdırılması daxildir ki, bu da konteynerlərin statusunu və gecikmələrin səbəblərini izləməyə imkan verəcək.
Tam oxu
Xəbəri oxu