Orta dəhliz üçün sıçrayış: Qazaxıstan ABŞ ilə razılaşdı

25.09.2025

Icma.az, Sherg.az saytına istinadən bildirir.

“Qazaxıstanın ABŞ ilə imzaladığı 5 milyard dollarlıq saziş Astana və Vaşinqton arasında Orta dəhliz üzrə əməkdaşlığı gücləndirəcək”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan KİV-ə amerikalı analitik Uesli Aleksandr Hill deyib.

Ekspertin fikrincə, yeni Qazaxıstan-ABŞ razılaşması Orta dəhlizin gələcək inkişafı üçün yol açır.

“Sövdələşmə təkcə Qazaxıstan-Amerika münasibətləri üçün deyil, həm də Orta dəhlizin gələcəyi üçün böyük sıçrayışdır. Bu, iqtisadiyyatın xarici amillərdən asılılığını aradan qaldırdığı üçün sənayenin bütün sahələrinə sonrakı investisiyaları əhəmiyyətli dərəcədə asanlaşdıracaq logistika sazişidir”, - Hill qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Astana və Vaşinqton arasında ABŞ-dən Qəzaxıstana 300 yük lokomotivinin tədarükü haqqında saziş imzalanıb. Razılaşmanın dəyəri 5 milyard dollardır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью