Orta Dəhliz üzrə vahid tarifin tətbiqi razılaşdırılıb | Icma.az
Icma.az, Ayna portalına istinadən məlumat yayır. ​​​​​​​Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yolu operatorları razılaşıblar Azərbaycan,
AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək Yolu Forumunda çıxışında bildirib.
Baş nazir deyib ki, Orta dəhliz Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı marşrut kimi artıq özünü təsdiqləyib: “Azərbaycan və Gürcüstan bu strateji nəqliyyat dəhlizinin formalaşması və inkişafında aparıcı mövqe tutur.
Ölkələrimiz həm coğrafi mövqelərinə, həm də müasir nəqliyyat infrastrukturuna görə Orta dəhlizin ən mühüm iştirakçıları sırasındadır.
Biz bu istiqamətdə səylərimizi birləşdirərək, dəhliz boyunca infrastrukturun genişləndirilməsi, keçid proseslərinin sadələşdirilməsi və tranzit imkanlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atırıq.
Liman və logistika mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqi kimi layihələr bu əməkdaşlığın bariz nümunələridir.
Görülmüş tədbirlər nəticəsində son üç ildə Orta Dəhliz üzrə tranzit yük həcmləri təxminən 90% artıb ki, bu, onun səmərəliliyini və artan aktuallığını nümayiş etdirir.
Bununla yanaşı, dəhliz üzrə yük daşımaların tranzit müddəti əhəmiyyətli dərəcədə azalıb, 15 günə enib.
Tam oxu
Xəbəri oxu