Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3,4 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 745,2 milyon ABŞ dolları və ya 28,1% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,61%-i həcmində olub.
Bununla da Çin hesabat dövründə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çinə 70,6 milyon dollarlıq məhsul ixracı qeydə alınıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,1 milyon ABŞ dolları və ya 5,2 dəfə çoxdur.