Orta Dəhlizdə Ortaq hədəflər | Icma.az
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının iclasında yeni fəaliyyət planı müəyyənləşib Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) işçi qrupunun iclasında Orta Dəhlizdə daşınmaların həcminin artırılması üçün mövcud infrastrukturların modernləşdirilməsi və yeni logistika qovşaqlarının tikintisi, dəhliz üzərində yerləşən ölkələrin nəqliyyat-logistika şəbəkələrinin daha sıx əlaqələndirilməsi, rəqəmsal idaretmənin qurulması və digər məsələlər müzakirə olunub.
10 ölkənin dəmir yolu administrasiyası və nəqliyyat şirkətlərinin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi tədbirdə bildirilib ki, Orta Dəhliz son illərdə qlobal əhəmiyyətli yükdaşımalarda dayanmadan əhəmiyyətini artırır.
Regionda dəyişən geosiyasi fraqmentasiyalar bu marşruta olan tələbi daha da artırır ki, nəticədə sürətli yük axınının təmin edilməsi üçün əməliyyatların səmərəliliyinin yüksəldilməsi, rəqəmsal alətlərin tətbiqi vacib məsələ kimi ön plana çıxıb.
Bu məqsədlə Assosiasiya üzvləri 2025-ci il və qarşıdakı illərə dair yeni strateji hədəfləri müəyyənləşdirmək qərarına gəlib.
İşçi qrupu ilə yanaşı, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağı da keçirilib ki, tədbirdə yuxarıda qeyd edilən hədəflər ətrafında müzakirələr aparılıb.
Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Çin, Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələri marşrutun potensialından səmərəli istifadə, daha çox yük axınının cəlb olunmasının zəruriliyi, gömrük tarifləri və digər texniki məsələlər haqqında təkliflər irəli sürüblər.
Qeyd edək ki, “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır.
Tam oxu
Xəbəri oxu