Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cari ildə Orta Dəhliz üzrə yük dövriyyəsinin artması gözlənilir və Gürcüstan buna tam hazırdır.
Gürcüstan ərazisindən keçən Orta Dəhlizin ötürücülük qabiliyyəti ilin sonuna kimi 27 milyon tondan 48 milyon tona qədər artırılacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Gürcüstan iqtisadiyyat nazirinin müavini Quram Quraşvili bildirib.
Nazir müavini deyib ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyədən keçərək Avropa ölkələrinə gedən marşrutdur.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu daşımaları sahəsində aparıcı müəssisələrinin iştirakı ilə yaradılıb.
“Hazırda dəmir yolunun modernləşdirilməsi layihəsi davam edir və bu il başa çatdırılacaq.
Bundan sonra yükdaşıma qabiliyyəti 27 milyon tondan 48 milyon tona yüksələcək və ölkə pik yük dövriyyəsi çağırışlarına hazır olacaq.