Orta dəhlizlə bu il 4 mln. tondan artıq yük daşınacaq

04.03.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci il üçün Orta Dəhliz üzrə yükdaşıma planına əsasən 4,2 mln. ton yükün nəqli gözlənilir.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.

Onun sözlərinə görə, qeyd olunan həcmin 2,5 mln tonu quru, 1, 7 mln. tonu isə neft yüklərinin payına düşəcək.

Baş katib onu da vurğulayıb ki, otən il Orta dəhliz vasitəsi ilə 3 332 min ton yük daşınıb, bunu da 1 857 min tonu quru yüklərin payına düşüb.

Qeyd edək ki, bu gün Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağının iclası keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью